RU

"Dünya çempionatının final oyununun Azərbaycanda keçirilməsinə çalışırıq" -Sərxan Hacıyev

“İki həftəlik hazırlıq sabah yekunlaşacaq. Təlim-məşq toplanışına dəvət olunan futbolçulardan ikisi zədələndi, əvəzinə yeni oyunçular dəvət olundu. Ümumilikdə isə hazırlıq prosesi gələcək toplanışların istiqaməti baxımından faydalı oldu".

Fanat.Az xəbər verir ki, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Qəbələdə təlim-məşq toplanışı zamanı jurnalistlərə açıqlamasında deyib.

O, növbəti təlim-məşq toplanışının vaxtını da açıqlayıb:

"Gələn toplanış mayın sonlarından iyunun əvvəlinə qədər, yenə Qəbələdə olacaq. İlk toplanışımız futbolçuları tanımaq xarakterli idi. İkincidə yoldaşlıq oyunlarının keşirilməsi də planlaşdırılır".

AFFA funksioneri dünya çempionatına hazırlıqların davam etdiyini bildirib:

"Hazırda sırf dünya çempionatının keçirilməsi yönündə təşkilatçılıqla FIFA məşğuldur. FIFA birbaşa prosesurlara rəhbərlik edir, həm də özbəkistanlı həmkarlarla da əlaqədəyik. Hazırda açılış-bağlanış tarixləri, qrafik tam bəlli olmasa da, onu deyə bilərik ki, oyunlar 2027-ci il sentyabr-oktyabr aylarında baş tutacaq. Yaxın vaxtlarda püşkatma və digər detallar bilinəcək".

AFFA rəsmisi Əvəzedicilər Liqasının ləğvi barədə də danışıb:

"Komanda hazırda bir ayda iki həftə toplanış keçirir. Burada sual yarana bilər ki, komandadakı bəzi futbolçular əvəzedicilərdə çıxış edir. Biz PFL-lə danışıq apardıqdan sonra çempionat təxirə salındı. Əvəzedicilər Liqasının ləğvi gündəmdədir. Ləğv edilməsə də, format dəyişikliyi olacaq".

Hacıyev DÇ-nin final oyununun Azərbaycanda keşirilməsinə çalışdıqlarını, bu yöndə Özbəkistanla müzakirələrin davam etdiyini vurğulayıb. 

Mirağa

Избранный
46
fanat.az

1Источники