"Qarabağ"ın əsas komandadan "dubl"a göndərilən futbolçusu Elvin Cəfərquliyevlə bağlı son vəziyyət bəllidir.
Fanat.Az-ın futbolçuya yaxın mənbədən əldə etdiyi məlumata görə, Elvin klubu tərəfindən transferə çıxarılmayıb.
Ağdam təmsilçisi daxili intizam qaydalarını pozduğu üçün baş məşqçi Qurban Qurbanov tərəfindən ikinci komandaya "sürgün edilən" milli üzvünü satmaq niyyətində deyil.
Bu barədə rəsmi informasiya yaymayan "köhlənlər" cəzalandırılan Elvinlə əməkdaşlığı davam etdirmək niyyətindədir. Buna rəğmən, onun əsas komandaya nə vaxt dönəcəyinə Qurban Qurbanov qərar verəcək.
Nihat