RU

Levandovski karyerasını Mançester nəhəngində davam etdirməyə yaxındır

Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Robert Levandovski Bundesliqada və La Liqada uğurlu illər keçirdikdən sonra Premyer Liqaya yollanır. 

Fanat.Az xəbər verir ki, məlumatı "Fichajes" yayıb. 

İspaniya portalının iddiasına görə, hücumçu "Mançester Yunayted"in namizədlər siyahısında yer alır. "Qırmızı şeytanlar" polşalıya ciddi maraq göstərdiyi üçün keçid realdır. 

Levandovskinin müqaviləsinin müddəti mövsümün sonunda başa çatacğı üçün transfer haqqı ödənilməyəcək ki, bu da onu Premyer Liqa nəhəngi üçün cəlbedici edir. 

Cari mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 40 matça çıxan Levandovski 17 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
20
fanat.az

1Источники