RU

Makron: Fransada enerji çatışmazlığı ehtimalı azdır

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Fransa Prezidenti Emmanuel Makron ölkə iqtisadiyyatının enerji təchizatı çatışmazlığından yayına biləcəyinə ümid etdiyini bildirib.

Bizimyol.info xəbər verir ki, Afinada keçirdiyi mətbuat konfransında Fransanın dövlət başçısı qeyd edib ki, “belə bir ssenaridən söhbət getmir, hazırda bu, ehtimal olunan variant deyil”.

Makronun sözlərinə görə, “hökumət hazırkı mərhələdə vəziyyətə nəzarət edir”. “Qlobal qiymətlərin təsiri var və təəssüf ki, vətəndaşlarımız bunu hiss edir. Lakin biz sektorlar üzrə dəstək tədbirləri tətbiq etmişik və avtomobildən daha çox istifadə edənləri nəzərə almışıq. Mövcud vəziyyət hər hansı enerji çatışmazlığının olacağı gölənilmir”, – deyə o vurğulayıb.

Prezident həmçinin bildirib ki, Fransa Hörmüz boğazının mümkün qədər tez açılması və tezliklə maraqlı tərəflərin danışıqları başa çatdırması üçün səylərini davam etdirir. “Hamımız eyni vəziyyətdəyik və geopolitikanın təsirini hiss edirik”, – deyə Makron əlavə edib.

Bundan əvvəl "TotalEnergies" şirkətinin rəhbəri Patrik Puayanne İran ətrafında yaranmış vəziyyət səbəbindən Fransada enerji çatışmazlığı riski barədə xəbərdarlıq etmişdi.

Hörmüz boğazının bağlanması və bunun nəticəsində yaranan təchizat problemləri fonunda Fransada benzinin qiyməti təxminən 19%, dizel yanacağı isə 36% bahalaşıb. Yanacaqdoldurma məntəqələrində dizelin qiyməti litr üçün 2,5 avroya çataraq son 20 ilin rekordunu yeniləyib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
96
50
icma.az

10Источники