"Qalatasaray" klubu aprel ayı etibarilə bu mövsüm cəmi 945 min ədəd rəsmi forma satıldığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, İstanbul nəhənginin rəhbərliyi mövsüm sonuna qədər bu rəqəmi 1 milyona çatdırmağı hədəfləyir ki, bu da klub tarixində önəmli bir rekord deməkdir.
Hazırda hədəfə çatmaq üçün cəmi 55 min forma satışı tələb olunur.