RU

“Əraqçi İslamabadı tərk etdi” − “Al Hadath”

ain.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan rəsmiləri ilə danışıqlardan sonra İslamabadı tərk edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Al-Hadath” məlumat yayıb.

Kanalın məlumatına görə, Əraqçi ölkə rəhbərliyi, o cümlədən Baş nazir Şahbaz Şərif və Pakistan ordusu komandanlığının nümayəndələri ilə görüşlərdən sonra İslamabaddan ayrılıb.

“Əl-Cəzirə”nin məlumatına görə, Pakistanın paytaxtında İranın xarici işlər naziri İranın mövqeyini və Tehranın ABŞ tələbləri ilə bağlı fikirlərini açıqlayıb.

Qeyd olunur ki, görüş zamanı regionda sülhün və sabitliyin möhkəmləndirilməsi üçün əməkdaşlıq məsələləri də müzakirə olunub.

Məlumata görə, Əraqçi gələn həftənin əvvəlində İslamabada qayıda bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
32
1
yeniavaz.com

2Источники