RU

ABŞ etiraf etmir, amma zərər çoxdur NBC

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İran Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinə rəsmi açıqlamalarda bildirildiyindən daha böyük ziyan vurub. Onların bərpası üçün milyardlarla dollar tələb olunacaq.

Axar.az xəbər verir ki, bu barədə "NBC Nyus" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin verdiyi məlumata görə, ABŞ və İsrailin 28 fevralda hərbi əməliyyata başlamasından sonra Tehran bölgədə ABŞ-a məxsus onlarla hədəfə - aviasiya anqarlarına, anbarlara, uçuş-enmə zolaqlarına, peyk rabitəsi infrastrukturuna, radiolokasiya sistemlərinə və təyyarələrə zərbələr endirib. Nəticədə ABŞ hərbi bazaları əhəmiyyətli dərəcədə zədələnib.

Digər tərəfdən, ABŞ administrasiyası öz hərbi bazalarının görüntülərinə çıxışı məhdudlaşdırmaq üçün özəl peyk şirkətlərindən bunu bağlamağı xahiş edib ki, bu da zərərin miqyasını qiymətləndirməyi çətinləşdirir. Həmçinin Pentaqonun Yaxın Şərqdəki hərbi obyektlərin real vəziyyəti barədə məlumat vermək istəməməsi ABŞ Konqresində üzvləri arasında etiraza səbəb olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
20
2
axar.az

4Источники