RU

Saşa İliç mətbuat konfranslarını boykotla hədələdi – ARENA.AZ

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Premyer Liqasının 29-cu turunda “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qubada baş tutmuş görüşündə “Sumqayıt” 2:0 hesablı qələbəyə sevinib.

Saşa İliç matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çətin oyun oldu. Çalışdıq və 3 xal qazandıq. Ən vacibi də budur. İkinci hissədə daha fəal idik. Fasilədə qeyri-adi heç nə etmədik. İlk hissədə qol vurmuşduq. İkinci yarıda rəqib irəli çıxırdı və boşluqlar verirdi. Biz də bundan yararlanmağa çalışdıq.

Nikolo Ninkoviç penaltidən yararlana bilmədi. Futbolda belə hallar olur. Daha əvvəl Rüstəm Əhmədzadə də penaltini vura bilməmişdi. Ninkoviç bizim üçün vacib oyunçudur. Görək, növbəti penaltini kim vuracaq.

Səbuhi Abdullazadəyə böyük hörmətim var. Onu bəyənmədiyimi deməzdim. Sadəcə, oyununu dəyişməlidir. Əvəzlənməyi normaldır. Səbuhinin böyük potensialı var, millinin vacib oyunçularındandır”.

Saşa İliç mətbuatda onun haqqında getmiş bəzi xəbərlərə də münasibət bildirib:

“Mətbuatda bir neçə yazı gedib. Bu, həm mənə, həm də “Sumqayıt”a qarşı haqsızlıqdır. Mənimlə komanda arasında heç bir münaqişə yoxdur. Belə davam edərsə, növbəti dəfə mətbuat konfransında iştirak etməyəcəyəm.

Problemi izah etmək istəyirəm. Mənim, komandam barədə reallıqlar yazılsın. Daniel Beskorovoynı ilə mübahisəmi yazan jurnalistə də deyin ki, həqiqətləri yazsın. Mənim işim, taktiki gedişlərim pis ola və bu haqda yazıla bilər. Amma olmayan şeyləri demək doğru deyil”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
30
5
arena.az

10Источники