RU

İranda İsrailə casusluq edən etirazçı edam edildi

İran hakimiyyəti yanvar ayında İsfahanda baş verən iğtişaşlarda iştirak edən Erfan Keyanini edam edib.

Publika.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Bildiirlib ki, o, İsrailin "Mossad" kəşfiyyatı ilə əməkdaşlıqda və dövlət əleyhinə ağır cinayətlər törətməkdə ittiham olunub.

İttiham aktında qeyd olunub ki, Keyani xarici kəşfiyyatın rəhbərliyi altında ictimai və şəxsi əmlakı yandırıb, şəhərdə qorxu mühiti yaradıb və soyuq silahla qətllər törədib. Edam hökmü şənbə günü səhər saatlarında, ölkənin Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra edilib.

Избранный
48
publika.az

1Источники