ain.az, Demokrat.az saytına istinadən bildirir.
Burdurda (Türkiyə ) toy hazırlığı edən gənc cütlüyün ölümü hər kəsi kədərə boğub. Çavdır rayonunun Küçükalan kəndində baş verən hadisədə 20 yaşlı Ayşegül Maral və 34 yaşlı Fatih Özaslan həyatını itirib.Demokrat.az xəbər verir ki, cütlüyün toyu məhz bu gün baş tutmalı idi.Hadisə səhər saatlarında, gənclərin yaxınları tərəfindən aşkar edilib. Axşam xına mərasimləri olan gənclərin evdə hərəkətsiz qaldığını görən ailə üzvləri dərhal tibbi yardım çağırıblar. Hadisə yerinə gələn həkimlər hər iki şəxsin vəfat etdiyini müəyyənləşdiriblər.