RU

Komandamın çıxışından razıyam Xorxe Kaskilya

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Premyer Liqasının 29-cu turunda Quba Olimpiya İdman Kompleksinin stadionunda “Sumqayıt”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, 0:2 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:

“Hakimlər barədə çox təəccüblü və narazıyam. Birinci qolda oyunçumuza qarşı qayda pozuntusu var idi. Qapımıza təyin olunan penaltiyə gəldikdə, belə epizodlar çempionatda yüz dəfə olub. Amma heç birində penalti verilməyib. Komandamın çıxışından razıyam. Futbolçular nəticəni dəyişmək üçün sona qədər mübarizə apardılar. Heç-heçə ədalətli nəticə olardı. Artıq 4 oyun qalıb. Mübarizəni sona qədər davam etdirəcəyik. Komanda başını aşağı salmayacaq, daha da əzmkar mübarizə göstərəcək”.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
27
1
fanat.az

2Источники