RU

Marburqda minlərlə insan Mertsin sosial siyasətinə qarşı etiraz edib

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Marburg şəhərində təxminən 5 min nəfər Fridrix Merts rəhbərlik etdiyi hökumətin sosial siyasətinə etiraz olaraq küçələrə çıxıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "Welt" məlumat yayıb.

Məlumata görə, aksiya şəhərdə "Xristian-Demokrat İttifaqı"nın işçi qanadının iclası keçirilən zaman baş tutub. İclasda kansler Fridrix Merts də iştirak edib.

Etiraza "Die Linke" və digər sol yönlü təşkilatlar, həmçinin Almaniya Həmkarlar İttifaqları Birliyi (DGB), ölkənin iri həmkarlar təşkilatları olan IG Metall və Verdi çağırış edib. Onlar hökumətin sosial sahədə planlaşdırdığı ixtisarlara etirazlarını bildiriblər.

Nümayiş iştirakçılarından bəziləri kanslerə yönəlmiş şüarlar yazılmış plakatlar qaldırıblar. Yürüş Marburqun əsas dəmir yolu vağzalından başlayaraq Xristian-Demokrat İttifaqının tədbirinin keçirildiyi binanın qarşısında başa çatıb. Etirazçılar binanın fasadına boya dolu paketlər atıblar.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
55
bizimyol.info

1Источники