Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatı sona yaxınlaşır. Metbuat.az xəbər verir ki, yarışın altıncı günündə 2 sərbəst güləşçi fəxri kürsüyə qalxıb.İslam Bazarqanov (57 kiloqram) finalda rusiyalı Musa Mextixanovla qarşılaşıb. Təmsilçimiz ötən il dünya çempionatındakı məğlubiyyətin revanşını alıb. Görüşə yaxşı başlayan Bazarqanov ilk hissəni 8:0 hesablı üstünlüklə başa vurub. İkinci hissədə rəqib fərqi azaltsa da, yekunda qələbə qazanan İslam olub – 8:6. Beləliklə, Tiranada himnimizi səsləndirən İslam ilk dəfə böyüklər arasında Avropa çempionu olub.Cəbrayıl Hacıyev (79 kiloqram) də karyerasının ən böyük uğuruna imza atıb. Şimali Makedoniyanı təmsil edən Rasul Şapiyevə şans tanımayan (8:0) Cəbrayıl Avropa çempionatının bürünc medalını boynundan asıb.