RU

"Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir"

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Qazaxıstanın Astana şəhərində keçirilən Regional Ekoloji Sammit (RES 2026) çərçivəsində erkən xəbərdarlıq və fəlakət riskinin azaldılması üzrə yüksək səviyyəli sessiyaya qatılıb.

Publika.az xəbər verir ki, M. Babayev bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Qazaxıstanın Astana şəhərində keçirilən "RES 2026"da erkən xəbərdarlıq və fəlakət riskinin azaldılması üzrə yüksək səviyyəli sessiyaya qoşuldum", - o bildirib və əlavə edib ki, ekstremal hava hadisələri qısa, orta və uzunmüddətli perspektivlərdə getdikcə daha çox əsas risk kimi müəyyən olunur:

"Eyni zamanda iqlim riskləri sürətlənməkdə davam edir - artan temperaturlar, şiddətlənən ekstremal hallar və sürətli buzlaq itkisi daşqınlara, quraqlıqlara və digər təhlükələrə məruzqalma riskini artırır".

M. Babayev vurğulayıb ki, bu, artıq Mərkəzi Asiyada müşahidə olunur. "Buzlaqların geri çəkilməsi yeni risklər, o cümlədən həm dağ, həm də çayların aşağı axarında yerləşən icmalar üçün fəsadlar törədən buzlaq göllərinin daşması nəticəsində daşqınlar yaradır", - Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi qabardıb.

Избранный
40
8
publika.az

10Источники