RU

"Barselona" çempionluğa bir addım da yaxınlaşdı

İspaniya La Liqasının 32-ci turunda "Barselona" səfərdə "Xetafe" üzərində 2:0 hesablı qələbə qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, hesabı 45-ci dəqiqədə Fermin Lopes açıb. 74-cü dəqiqədə isə Markus Reşford fərqi artıraraq yekun nəticəni müəyyənləşdirib.

Bu qələbədən sonra "Barselona" 85 xalla turnir cədvəlinin lideridir. "Xetafe" isə 44 xalla 6-cı pillədə qərarlaşıb.

Избранный
31
4
bakivaxti.az

4Источники