RU

Tuapsedə neft sızması: yüzlərlə kubmetr məhsul çıxarıldı

Tuapse Bələdiyyə Rayonu administrasiyası çaya və sahil ərazisinə yayılan təxminən 988 kubmetr neft məhsulunun ərazidən çıxarıldığını açıqlayıb.

Administrasiyanın məlumatına görə, Doğru.az xəbər verir ki, toplanan neft məhsulları xüsusi kubik qablara yığılaraq yük maşınları ilə Dəniz Terminalına və neft emalı zavoduna daşınır. Daha sonra həmin maddələr müəssisə mütəxəssisləri tərəfindən utilizasiya edilir.

Telegram paylaşımında qeyd olunub ki, səhərə qədər təxminən 988 kubmetr sahə təmizlənib, işlərə 143 nəfər və 48 texnika cəlb olunub.

Bundan əvvəl Krasnodar diyarı üzrə əməliyyat qrupu güclü yağışların Tuapse çayında qurulan bumların üzərinə neft məhsullarının axmasına səbəb olduğunu bildirmişdi.

DOĞRU.AZ

Избранный
30
1
dogru.az

2Источники