RU

Trampdan İran açıqlaması: 10 dəqiqəyə yeni təklif gəldi

Donald Tramp İranla danışıqlarla bağlı yeni və diqqətçəkən açıqlama verib. Musavat.com xəbər verir ki, ABŞ prezidenti əvvəl təqdim olunan sənədi qaneedici hesab etmədikləri üçün prosesi dayandırdıqlarını bildirib.

Onun sözlərinə görə, qərardan dərhal sonra Tehran tərəfi cəmi 10 dəqiqə ərzində daha yaxşı yeni təklif göndərib.

“Onlar sənəd təqdim etdilər, amma bu, kifayət qədər yaxşı deyildi. Mən hər şeyi ləğv etdim və maraqlıdır ki, 10 dəqiqə sonra biz daha yaxşı sənəd aldıq”, – deyə Tramp vurğulayıb.

O əlavə edib ki, yeni təklif əvvəlkindən daha yaxşı olsa da, hələ də ABŞ üçün yetərli deyil. Tramp həmçinin İran daxilində ciddi fikir ayrılıqlarının yaşandığını iddia edib:

“Onlar özləri də kimin rəhbər olduğunu bilmirlər. Böyük daxili mübarizə gedir. Bəziləri liderlik uğrunda mübarizə aparır, bəziləri isə əksinə, bundan qaçır. Amma mən kimlə lazımdırsa, onunla işləyəcəyəm”.

ABŞ lideri qeyd edib ki, Vaşinqton danışıqlarda üstün mövqeyini qoruyur və yekun qərar İranın təqdim edəcəyi şərtlərdən asılı olacaq.

Musavat.com

Избранный
27
50
musavat.com

10Источники