RU

Bu gün Çernobıl faciəsinin 40-cı ildönümüdür

Bakı. Trend:

26 aprel Çernobıl faciəsinin 40-cı ildönümüdür.

Trend xəbərverir ki, 1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasının 4-cüenerji blokunda baş vermiş partlayış insanlıq tarixinin ən ağırtexnogen faciələrindən biri kimi yadda qalıb. Qəza nəticəsindəyaranan güclü radioaktiv bulud qısa müddətdə Şərqi Avropanın genişərazilərinə yayılıb, külək istiqamətində hərəkət edərək torpaq, suvə hava qatlarını zəhərli maddələrlə çirkləndirib. Bu hadisə yalnızbir ölkənin deyil, bütövlükdə regionun ekoloji və demoqrafikvəziyyətinə ciddi təsir göstərib.

Fəlakətin miqyası o qədər böyük olub ki, Ukrayna və Belarusdatəxminən 300 min insan öz doğma evlərini tərk etmək məcburiyyətindəqalıb. Çernobıl faciəsinin nəticələri çox zaman İkinci Dünyamüharibəsi dövründə Xirosima və Naqasakiyə atılan atom bombalarınınyaratdığı dağıdıcı təsirlərlə müqayisə edilir. Qəzanınnəticələrinin aradan qaldırılması məqsədilə Sovet İttifaqınınmüxtəlif respublikalarından yüz minlərlə insan cəlb olunub və buproses ümumilikdə 650 min nəfərə yaxın iştirakçını əhatə edib.

Azərbaycan da bu faciənin nəticələrindən kənarda qalmayıb.Qəzadan zərər çəkən və ləğv prosesində iştirak edənazərbaycanlıların sayı təxminən 3900 nəfər olub. Onlardan 2100nəfəri birbaşa qəzanın nəticələrinin aradan qaldırılması işlərindəçalışıb. Təəssüf ki, illər ərzində radiasiyanın təsiri səbəbindənminlərlə iştirakçı sağlamlığını itirib və təxminən 4000azərbaycanlı həyatını itirib.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışındansonra Çernobıl faciəsindən zərər çəkmiş şəxslərin sosial müdafiəsidövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Həmindövrdə onların statusunu müəyyən edən və sosial təminatlarınıgücləndirən qanunvericilik aktı parlamentdə qəbul edilərək UluÖndər tərəfindən imzalandı. Bu addım Çernobıl iştirakçılarınınhüquqlarının dövlət səviyyəsində tanınmasında mühüm mərhələoldu.

Sonrakı illərdə də bu kateqoriyadan olan şəxslərə xüsusi diqqətgöstərildi. Sosial qanunvericilikdə onlar üçün müxtəlif güzəştlərvə imtiyazlar nəzərdə tutuldu. 2008-ci ildə Prezident İlhamƏliyevin imzaladığı “müharibə əlillərinə Prezident təqaüdünün təyinedilməsi haqqında” fərman Çernobıl əlillərinə də şamil olundu vəbu, onların sosial təminatının daha da gücləndirilməsinə xidmətetdi. Bu dəstək tədbirləri onların həyat şəraitində müəyyən müsbətdəyişikliklərə səbəb oldu.

Çernobıl faciəsinin ağır izləri təkcə bir nəslin deyil, gələcəknəsillərin də həyatına təsir göstərib. Bir çox iştirakçılarınövladlarında sağlamlıq problemləri müşahidə olunub, bəzi hallardaisə faciəvi nəticələr ortaya çıxıb. Bu gün də həmin ailələrin birhissəsi keçmişin ağır yükünü müxtəlif formalarda yaşamaqda davamedir.

Dövlət tərəfindən həyata keçirilən sosial siyasət çərçivəsindəPrezident İlham Əliyevin müvafiq fərmanı əsasında indiyədək 450Çernobıl ailəsi mənzillə təmin olunub. Bu addımlar onların həyatşəraitinin yaxşılaşdırılması və sosial rifahının yüksəldilməsiistiqamətində mühüm əhəmiyyət daşıyır.

Избранный
38
az.trend.az

1Источники