RU

FBI: İnsidenti törədən şəxs həbs edilib - YENİLƏNİB

Bakı, 26 aprel, AZƏRTAC

Ağ Ev Müxbirləri Assosiasiyasının Vaşinqtonda Hilton Otelində təşkil olunan şam yeməyində baş verən insidenti törədən şəxs həbs edilib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) məlumat yayıb.

05:37

ABŞ Prezidenti Donald Tramp Ağ Ev Müxbirləri Assosiasiyası tərəfindən Vaşinqtondakı hotellərdən birində təşkil olunan tədbirdə iştirak edib.

AZƏRTAC CNN-ə istinadla xəbər verir ki, birdən zalda yüksək səslər eşidilib, bundan sonra çaxnaşma baş verib. ABŞ Məxfi Xidmətinin əməkdaşları Prezidenti, birinci xanım Melaniya Trampı, Vitse-prezident Cey Di Vensi və Ağ Evin Mətbuat katibini zaldan çıxarıblar.

Atəş açan şəxsin saxlanıldığı bildirilir.

Избранный
118
3
azertag.az

10Источники