Bakı. Trend:
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aqrar sığorta fəaliyyətiüzrə müstəqil ekspert sertifikatı almaq istəyən və Aqrar SığortaFondunun keçirdiyi təlimləri müvəffəqiyyətlə başa vurmuş namizədlərüçün bu gün test imtahanı keçiriləcək. İmtahan DİM-in elektronimtahanlar korpusunda təşkil ediləcək.
DİM-dən Trend-əbildirilib ki, imtahan vermək üçün 23 namizəd müraciət edib.
İmtahan saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələnşəxslər imtahana buraxılmayacaq.
İmtahana gələn şəxslər imtahana buraxılış vərəqəsini vəşəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilənsənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqdahəmin şəxs imtahana buraxılmayacaq.