RU

Avropa çempionatı: Bu gün Azərbaycanın dörd güləşçisi qızıl, biri bürünc medal qazana bilər

ain.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Bu gün Azərbaycanın dörd sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazana bilər.

SİA-nın məlumatına görə, bir idmançımız isə bürünc medal uğrunda görüşə çıxacaq.

Turan Bayramov (74 kq) finalda Taymuraz Salmazanovla (Slovakiya), Arseniy Djioyev (86) İbrahim Kadiyevlə (UWW), Ali Tsokayev (92 kq) Ahmed Batayevlə (Bolqarıstan), Giorgi Meşvildişvili (125) Vladislav Baytsayevlə (Macarıstan) üz-üzə gələcək.

Nurəddin Novruz (61 kq) üçüncü yer uğrunda qarşılaşmada Arsen Arutyunyanla (Ermənistan) münasibətlərə aydınlıq gətirəcək.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) Avropa çempionu olub. Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə milli komanda hesabında birinci yeri tutub.

Qadın güləşçilərdən Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc mükafata sahib çıxıblar. Sərbəst güləşdə İslam Bazarqanov (57 kq) qızıl, Cəbrayıl Hacıyev (79 kq) medal əldə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
7
7
sia.az

10Источники