RU

Bu ölkənin müdafiə nazirinin iqamətgahına hücum oldu

ain.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Malinin müdafiə və veteranlarla iş üzrə naziri Sadio Kamara şənbə günü səhər iqamətgahına edilən silahlı hücum zamanı yaralanmayıb.

Moderator.az-ın məlumatına görə, bu barədə "Anadolu" agentliyi ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verib.

Məlumata görə, nazirin Bamako ətrafındakı Kati ordu bazasının ərazisində yerləşən iqamətgahına bombanın yerləşdirildiyi avtomobillə hücum edilib. Bina demək olar ki, tamamilə dağılıb.

Qeyd olunur ki, müdafiə naziri hücum zamanı evdə olmayıb.

Kati Malinin ən böyük ordu bazasıdır və Prezident Assimi Qoytanın iqamətgahlarından biri və nazirlərin evləri orada yerləşir.

Daha əvvəl bildirilib ki, aprelin 25-də səhər silahlılar ölkənin müxtəlif yerlərində ordunun onlarla mövqeyinə hücum edib. Mali Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, hücumlar dəf edilib və vəziyyət hakimiyyətin nəzarəti altındadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
23
11
moderator.az

10Источники