RU

Rinqdə dava düşdü, matç yarımçıq qaldı

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Trabzon şəhərində keçirilən boks çempionatında Türkiyə–Rusiya qarşılaşmasından sonra kütləvi dava baş verib.Demokrat.az xəbər verir ki, hadisə Beşirli İdman Salonunda baş tutan UBO Dünya Çempionatı çərçivəsində qeydə alınıb. Trabzonlu milli boksçu Emirxan Kalkan rusiyalı rəqibi Sergey Qoroxov ilə üz-üzə gəlib.Məlumata görə, döyüşün üçüncü raundunda Rusiya komandasının davranışları gərginliyə səbəb olub. Qısa müddətdə rinqdə başlayan mübahisə kütləvi davaya çevrilib. Onlarla insan rinqə daxil olaraq bir-birinə yumruq və müxtəlif əşyalarla hücum edib.Hadisə zamanı plastik stulların atıldığı, azarkeşlərin bir-birinə zərbələr endirdiyi və salon əməkdaşlarının vəziyyəti sakitləşdirməyə çalışdığı bildirilib. Səsucaldıcılar vasitəsilə sakitlik çağırışları edilsə də, qarşıdurmanı dərhal dayandırmaq mümkün olmayıb.Baş verən insident səbəbindən qarşılaşma yarımçıq dayandırılıb. Hadisə anları isə izləyicilər tərəfindən mobil telefonlarla lentə alınıb.Jalə

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
42
demokrat.az

1Источники