RU

Bakıda yük maşınları toqquşub, sürücü xilas edilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən "Far.Az"a verilən məlumata görə, dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes Sprinter" və "Shacman" markalı avtomobillərin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və sürücünün deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə "Mercedes Sprinter" markalı avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Cavadov Orxan Əlicavad oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bakıda yük maşınları toqquşub, sürücü xilas edilib
Избранный
25
21
far.az

10Источники