RU

Sabahın hava PROQNOZU

Bakı. Trend:

Aprelin 27-də gözlənilən hava proqnozu açıqlanıb.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən xəbərverilib.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkənbuludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyigözlənilir. Gecə və səhər arabir duman olacaq. Mülayim cənub-qərbküləyi axşama doğru güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 9-13° isti, gündüz 16-20° isti olacaq.Atmosfer təzyiqi 757 mm civə sütunundan 761 mm civə sütununayüksələcək. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60 % olacaq.

Aprelin 27-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasəndağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir.Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı,dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.Ayrı-ayrı yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabirgüclənəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 21-26° isti,dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.

Избранный
6
49
az.trend.az

10Источники