RU

İPL tarixində Arsenal kimisi olmamışdı

ain.az, Fanat saytına istinadən bildirir.

İngiltərə Premyer Liqasının (İPL) 34-cü turunda "Nyukasl"ı 1:0 hesabı ilə məğlub edərək liderliyini geri qaytaran "Arsenal" rekorda imza atıb.

Fanat.Az "Opta Sports"a istinadən xəbər verir ki, paytaxt komandası çempionatda künc zərbələrindən sonra vurulan qollara görə rekord müəyyənləşdirib. 

"Topçular" cari mövsüm 17 belə qolla rəqiblərini məyus ediblər.

Daha öncə "Oldhem" (1992/1993), "Vest Bromviç" (2016/2017) və "Arsenal" (2023/2024) bir mövsümdə künc zərbələrindən sonra 16 qol vura bilmişdilər.

"Arsenal" Premyer Liqanın turnir cədvəlində 73 xalla liderdir. İkinci yerdəki "Mançester Siti"nin (70 xal) ehtiyatda bir oyunu var.

Toğrul

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
3
36
fanat.az

10Источники