RU

Nəriman Axundzadə oynamadı, komandası yenə qalib gəldi – ARENA.AZ

Azərbaycanlı hücumçu Nəriman Axundzadə ABŞ klubu “Kolumbus Kru”nun “Filadelfiya Yunion”a qarşı oyununda iştirak etməyib.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün MLS-in növbəti turu çərçivəsində “Filadelfiya Yunion”un qonağı olub.

Oyun Ohayo təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:0. ABŞ klubunda 90 nömrəli formanı seçmiş Nəriman bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

“Kolumbus Kru” MLS-in cari mövsümündə keçirdiyi 10 oyundan sonra 12 xalla Şərq Konfransının yarış cədvəlində 15 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb. Nərimanın komandası 10 oyunda 3 qələbə qazanıb, 3 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Nəriman Axundzadə bu ilin fevral ayında “Qarabağ”dan 2,5 milyon avro müqabilində “Kolumbus Kru”ya keçib. O, Ohayo ştatını təmsil edən klubla 3,5 illik müqaviləyə imza atıb. Azərbaycanlı futbolçu MLS klubunun heyətində 4 oyun keçirsə də, fərqlənə bilməyib.

“Qarabağ”ın yetirməsi hesab olan Nəriman Axundzadə 2023-cü ildən Ağdam klubunun əsas komandasında çıxış edirdi. Sağ cinah vingeri “Qarabağ”ın əsas komandasında 127 oyuna çıxıb. O, bu oyunlarda 35 qola imza atıb, 17 məhsuldar ötürmə müəllifi olub.

Azərbaycanın U-19 və U-21 yığmalarında da forma geyinmiş hücumçu 2023-cü ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasının heyətində keçirdiyi 13 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
27
9
arena.az

10Источники