İngiltərənin "Vulverhempton" klubunun yarımmüdafiəçisi Juan Qomes karyerasını İspaniya nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, infirmasiyanı AS yayıb.
Məlumata görə, onun xidmətində maraqlı olan "Atletiko Madrid" "canavarlar"la danışlqlara başlayıb. Mənbə tərəflərin razılığa gəlmək ehtimalının yüksək olduğunu bildirib.
Çempionşipə düşəcəyi dəqiqləşən "Vulverhempton" 25 yaşlı Qomesi 45-50 milyon avroya satmaq niyyətindədir.
Sözügedən futbolçu cari mövsüm "canavarlar"ın forması ilə 38 matça çlxaraq 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Toğrul