İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazı rayonunda iki konteyner gəmisini saxlayıb.
Publika.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Məlumata görə, SEPAH-ın Hərbi Dəniz Qüvvələri boğaz akvatoriyasındakı monitorinq sistemləri vasitəsilə qaydaları pozan iki gəmini aşkar edib. Bunlar İsraillə əlaqəli olduğu bildirilən “MSC Francesca” və “Epaminondas” gəmiləridir.