RU

Cəlilabadda imtahandan qayıdan şagirdlər qəzaya düşdü

Cəlilabadda buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşüb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə Cəlilabad rayonunun Zopun kəndində baş verib.

Belə ki, 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanından qayıdan şagirdləri kəndə aparan avtomobil digər kənd sakininin idarə etdiyi avtomobillə toqquşub.

Qəza nəticəsində xəsarət alanlar var.

Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

Избранный
3
3
musavat.com

10Источники