RU

Premyer Liqa klubu "Lans"ın yetirməsi ilə bağlı son qərarını verdi

Nsana Simon karyerasını "Sumqayıt"da davam etdirəcək.

Mərkəz yarımmüdafiəçisi qış fasiləsində "kimyaçılar"a qoşulub.

Son olaraq Türkiyənin “Sakaryaspor” klubunda çıxış etmiş Konqo millisinin üzvü Nsana Simon ilə 2 il uzatma şərti ilə mövsümün sonuna qədər müqavilə imzalanmışdı.

Yayda məhz iki illik uzadılma bəndi qüvvəyə minəcək.

26 yaşlı legionerin performansı klub rəsmilərini razı salıb.

Fransanın “Lans” komandasının yetirməsi olan Nsana Simon karyerası boyunca adıçəkilən klubla yanaşı İsveçrənin “Sankt Qallen”, Sloveniyanın “Bravo” və Türkiyənin “Sakaryaspor” klublarında çıxış edib.

O, "Sumqayıt"da keçirdiyi 18 oyunda 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Избранный
20
sportinfo.az

1Источники