RU

"Dəmir Qübbə" ilk dəfə İsraildən başqa ölkəyə göndərilib

İsrail hökuməti ABŞ və İsrailin İrana qarşı əməliyyatının və ona cavab zərbələrinin ilkin dövründə "Dəmir Qübbə" hava hücumundan müdafiə batareyasını və onun operatorlarını Birləşmiş Ərəb Əmirliklərinə köçürüb.
 
 
Moderator.az xəbər verir ki, bu barədə "Axios" iki İsrail və bir ABŞ rəsmisinə istinadən məlumat yayıb.
 
"İsrail rəsmilərinin sözlərinə görə, ölkənin Baş naziri Benyamin Netanyahu BƏƏ Prezidenti Məhəmməd Bin Zayed Al Nəhyanın zəngindən sonra İsrail Müdafiə Ordusuna "Dəmir Qübbə" HHM batareyasını və onlarla operatorunu göndərməyi əmr edib", - deyə portal məlumat verir.
 
Qeyd olunub ki, bu, "Dəmir Qübbə"nin başqa bir ölkəyə göndərildiyi ilk haldır. Daha əvvəl sistemin yerləşdirilməsi barədə məlumat ictimaiyyətə açıqlanmayıb.
 
İsrailli həmsöhbətlərdən biri "Dəmir Qübbə"nin BƏƏ-də onlarla İran raketini vurduğunu bildirib.
 
BƏƏ hökumətinin məlumatına görə, münaqişə başlayandan sonra İran ölkə ərazisinə təxminən 550 ballistik və qanadlı raket, 2.2 mindən çox PUA buraxıb. Əksəriyyətini vurmaq mümkün olub, lakin bəziləri BƏƏ ərazisində hərbi və mülki hədəfləri vurmağa nail olub.
Избранный
12
2
moderator.az

10Источники