RU

Azərbaycanda sarı və narıncı xəbərdarlıqlar verilib

Azərbaycanda fırtına xəbərdarlığı verilib.

Day.Az – ın Milli Hidrometeorologiya Xidmətinə istinadən verdiyi məlumata görə , aprelin 27-28-də Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin bir sıra bölgələrində küləkli hava proqnozlaşdırılır.

Bununla əlaqədar olaraq sarı və narıncı təhlükə səviyyələri elan edilib.

Bakıda və Abşeron yarımadasında, həmçinin Qazax, Ağstafa, Şəmkir, Tovuz, Naftalan, Goranboy, Daşkəsən, Kəlbəcər, Laçın, Mingəçevir, Bərdə, Tərtər, Ağdam, Qobustan, Qusarda narıncı xəbərdarlıq gözlənilir. Şimal-qərb küləyi 20,8-28,4 m/s-dək güclənəcək.

Samux, Gəncə, Gədəbəy, Göygöl, Zəngilan, Yevlax, Lerik, Yardımlı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Şamaxı, Quba, Şabran, Siyəzən, Xaçmaz, Hacıqabul, Neftçala, Xızı, Hacıqabul və Hacıqabul rayonları üçün sarı təhlükə elan edilib. Şimal-qərb küləyinin sürəti 13,9-20,7 m/s olacaq.

DOĞRU.AZ

Избранный
22
dogru.az

1Источники