RU

İmtahandan qayıdan şagirdlər qəzaya düşdü

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə rayonun Zopun kəndində qeydə alınıb.

Belə ki, iki maşının toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb. Onların arasında 9-cu siniflərin buraxılış imtahanlarından qayıdan şagirdlərin də olduğu deyilir.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./ qafqazinfo


Избранный
7
4
news365.az

5Источники