RU

Üç maşın toqquşdu - Xəsarət alan var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

"Cebheinfo.az" xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hyundai”, “Opel” və “VAZ 2104” markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı 1990-cı il təvəllüdlü Seymur İsmayılov xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Избранный
19
cebheinfo.az

1Источники