RU

Tanınmış memar “Həzi Aslanov” metrosunun vəziyyətindən danışdı: “Çürümüş mərmər üzlüyün vəziyyətinə...” - FOTO

Memar kimi “Həzi Aslanov” metrostansiyasının platforma interyerlərinin vəziyyəti məni dəhşətə gətirdi: Perron boyunca divarlarda suyun açıq-aşkar izləri və çoxsaylı sızma əlamətləri görünür. Çürümüş mərmər üzlüyün vəziyyətinə əsasən demək olar ki, su buraya çoxdan və sistemli şəkildə daxil olur. Bu, heç də bir ilin problemi deyil.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə tanınmış memar Elçin Əliyev bildirib.

 

“İndi aydın olur ki, niyə zaman-zaman metropolitendə kabellərdə qısaqapanmalar baş verir və qatarların hərəkəti iflic olur: problem köhnədir və bir neçə gün əvvəl yağış zamanı baş verən hadisə tamamilə gözlənilən idi. Maraqlıdır, hidroizolyasiya işlərini keyfiyyətsiz yerinə yetirən icraçılar cinayət məsuliyyətinə cəlb olunacaqlarmı? Yoxsa, adətən olduğu kimi, yenə hər şeyi “fövqəladə təbii hadisələrin” üzərinə yazacaqlar?” – o qeyd edib.

Tarix: 26 Aprel 2026, 20:09   
Избранный
16
6
pravda.az

7Источники