RU

Çinli turistlər Mərkəzi Asiyaya axışır: Aviabilet bronları 120 faiz çoxalıb

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Mərkəzi Asiya çinli turistlər üçün yeni populyar istiqamətə çevrilir.Bizim.Media xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.Məlumata görə, Çin vətəndaşları tərəfindən Mərkəzi Asiya ölkələrinə bron edilən aviabiletlərin sayı pandemiyadan əvvəlki dövrlə müqayisədə 120 faiz artıb.Bu göstərici Çinlə Mərkəzi Asiya ölkələri arasında sərnişin axınının ciddi şəkildə çoxaldığını göstərir.Ekspertlər bildirirlər ki, marağın artmasında Pekinin “Bir kəmər, bir yol” təşəbbüsü, region ölkələri ilə əlaqələrin genişlənməsi və yeni aviareyslərin açılması mühüm rol oynayır.

 

Çinli turistlər arasında xüsusilə Özbəkistan və Qazaxıstan daha çox maraq doğurur. Bu ölkələr əlverişli viza şərtləri və zəngin mədəni irsi ilə seçilir.

Artan tələbat fonunda aviaşirkətlər yeni marşrutlar açmağa başlayıblar. Bunlara Şanxay-Almatı, Şanxay-Bişkek və Şanxay-Daşkənd istiqamətləri daxildir.Analitiklərin fikrincə, Mərkəzi Asiyaya marağın artması dünya turizm bazarında yeni tendensiyaya çevrilə bilər.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
192
1
bizim.media

10Источники