RU

Xameneinin fotosu öldürülənlər arasında

İranın Ali Lideri Müctəba Xameneinin fotosu ABŞ-İsrail və İran müharibəsində həlak olanların şəkilləri arasında yer alıb. 

"Unikal" xəbər verir ki, Kaşan əyalətinin Məşhəd Ərdəhal kəndində nümayiş etdirilən divar rəsmi sosial media istifadəçilərinin diqqətini cəlb edib.

Yayımlanan videoya görə, Müctəba Xameneinin İbrahim Rəisi, Qasım Süleymani, Ruhullah Xomeyni və Əli Xameneinin yanında olduğu göstərilir.

Müharibəsinin başlanğıcından və Müctəba Xameneinin liderliyinin elan edilməsindən sonra onun yeni bir şəkli və ya ictimaiyyət qarşısında görünməsi dərc olunmayıb.

Xameneinin hava hücumları nəticəsində ağır yaralandığı deyilirdi. Hazırda onun səhhəti ilə bağlə rəsmi açıqlama yoxdur. 

Ağarza Elçinoğlu

Избранный
35
unikal.az

1Источники