RU

“Bu hesaba görə azarkeşlərdən üzr istəyirəm” – Vitali Vernidub

Misli premyer-liqasının 29-cu turunda “Neftçi” evdə “Qarabağ”a məğlub oldu - 1:5. “Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında “Neftçi”nin məşqçisi Vitali Vernidub jurnalistlərin suallarını cavablayıb.

- “Neftçi”nin bu dəfə “Qarabağ”a qarşı qələbəsiz oyunlar seriyasının qırılacağı gözlənilirdi. Niyə belə hesab oldu?

- “Qarabağ”la fərqli səviyyələrdəyik. O səviyyəyə çatmaq istəyirik. Bu asan məsələ deyil. Futbolçular hər gün məşq etməlidi. Onlar bunu tez başa düşsə, əlçatan olacaq. Motivasiya yetərli deyil. Keyfiyyət də lazımdı.

- Metyu sanki mərkəzdə tək qalmışdı.

- Əlbəttə ki, hazırlaşmışdıq. Onlar ÇL-də oynayır. Səviyyə göstərir. Bizim futbolçular özlərinə sual verməlidi: daha yaxşı ola bilərdik? Taktiki aspektləri yaxşılaşdırmalıyıq. Bunu hər kəs anlamalıdı. Futbolçuların ambisiyalarıı “Neftçi”dən üstün deyil. Onlar bunu dərk etməlidi.

- Hazırlaşmağınıza şübhə yoxdu. Qurban Qurbanov start heyətində manevr etdi - Kamilo Duran ehtiyatda idi. Müdafiəçiləriniz də Musa Qurbanlı fırtınasının qarşısında aciz qaldı.

- Bilmirəm necə cavab verim. Əlbəttə, hazırlaşmışdıq. Musa daha yaxşı oynadı, yarıb keçdi. Mövqeyimizi bilib, oyunu araşdırmalıyıq. 5:1-i təhlil etməliyik. Bu hesaba görə azarkeşlərdən üzr istəyirəm.

- 4 gün sonrakı oyuna hazırlaşmaqda psixoloji problem olmayacaq?

- Əlbəttə, olacaq, danmaq olmaz. Peşəkar futbolçusansa, belə məğlubiyyətdən dərs almalısan. Neqativ məqamları aradan qaldırmaq lazımdı.

- Nitqinizdən futbolçuların intizamsızlığından narazılığınız hiss olundu.

- Belə bir şey yoxdu. Biz böyük kollektivik. Bunu hər kəs başa düşür. Heç bir intizam problemi yoxdu. “Neftçi”də oynamaq üstünlükdü. Futbolçular bunu anlamalıdı.

MÜZƏFFƏR QULUZADƏ

Избранный
32
football-plus.az

1Источники