Bakı. Trend:
Azərbaycanın sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranadakeçirilən Avropa çempionatında daha 5 medal qazanıblar.
Trend-in məluatınagörə, yarışın son günündə Ali Tsokayev (92 kiloqram) və GiorgiMeşvildişvili (125 kiloqram) Avropa çempionu olublar. TuranBayramov (74 kiloqram) və Arseni Cioyev (86 kiloqram) finaldaməğlub olaraq gümüş mükafata sahib çıxıblar.
Nürəddin Novruz (61 kiloqram) isə bürünc medal uğrunda görüşdəuduzaraq 5-ci yeri tutub.
Bununla da sərbəst güləşçilər Avropa çempionatını 6 medalla başavurublar. Daha əvvəl İslam Bazarqanov (57 kiloqram) qızıl, CəbrayılHacıyev (79 kiloqram) bürünc medal əldə edib.
Qeyd edək ki, Yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67kiloqram) və Qurban Qurbanov (82 kiloqram) Avropa çempionu olublar.Rəşad Məmmədov (55 kiloqram), Nihat Məmmədli (60 kiloqram) və İslamAbbasov (87 kiloqram) bürünc medal qazanıblar.
Qadın güləşində isə Jalə Əliyeva (57 kiloqram) və GünayQurbanova (59 kiloqram) bürünc mükafatın sahibi olublar.