RU

Komandası 5:6 uduzdu, amma o tarixə düşdü

Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu gün Ukrayna çempionatında 25-ci turun növbəti oyunları keçirilib. Krivoy-Roqda keçirilən “Krivbass” – “Dinamo” oyununda qonaqlar 6:5 hesabıyla qələbə qazanıb. Kiyevlilər ilk yarıdan sonra 1:4 uduzsalar da, oyunun axarını dəyişməyi bacarıblar. 11 qolun vurulduğu oyun Ukrayna çempionatının tarixinə ən məhsuldar qarşılaşma kimi düşüb. Daha bir maraqlı məqam odu ki, “Krivbass”ın ilk yarıdakı 4 qolunun hamısını bir futbolçu – Qleyker Mendosa vurub. 24 yaşlı venesuelalı inger Ukrayna çempionatının tarixinə bir oyunda “Dinamo”nun qapısından 4 top keçirməyi bacaran ilk futbolçu, həmçinin bu ölkədə poker etməyi bacaran 4-cü legioner kimi düşüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
40
1
icma.az

2Источники