RU

İran İslamabadı “vasitəçi” kimi rədd etdi – sərt ittihamlar

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının nümayəndəsi İbrahim Rezai İslamabadın ABŞ-İran danışıqlarında vasitəçi roluna uyğun olmadığını bildirib.

Musavat.com xəbər verir ki, o, Pakistanın bu prosesdə tələb olunan nüfuza malik olmadığını vurğulayıb.

Rezainin sözlərinə görə, Pakistan İran üçün dost və qonşu ölkə olsa da, vasitəçilik üçün uyğun hesab edilmir. O iddia edib ki, İslamabad daim Donald Tramp administrasiyasının maraqlarını nəzərə alır və Vaşinqtonun istəklərinə qarşı çıxmır.

İranlı deputat qeyd edib ki, Pakistan ABŞ-nin əvvəlcə onların təklifini qəbul edib, daha sonra isə geri çəkildiyini açıqlamaq istəmir. Eyni zamanda, onun sözlərinə görə, amerikalılar Livan məsələsi və dondurulmuş aktivlərlə bağlı öhdəliklər götürsələr də, bu vədləri yerinə yetirməyiblər və İslamabad bu barədə də açıq danışmır.

Rezai vurğulayıb ki, vasitəçi tərəf qərəzsiz olmalı, yalnız bir tərəfin mövqeyinə meyl etməməlidir.

Musavat.com

Избранный
39
musavat.com

1Источники