RU

Derbidə qırmızı vərəqə alan Edersonun VAR qəzəbi VİDEO

ain.az bildirir, Idman.biz portalına istinadən.

Türkiyə Superliqasının 31-ci turunda “Qalatasaray”a 0:3 hesabı ilə məğlub olan “Fənərbağça”da qapıçı Ederson intizamsızlığı ilə gündəmə gəlib. Braziliyalı qolkiper qırmızı vərəqə aldıqdan sonra sinirini VAR monitorundan çıxarıb.

İdman.Biz xəbər verir ki, oyunun 67-ci dəqiqəsində Yunus Akgünə qarşı edilən qayda pozuntusundan sonra hakim Yasin Kol penaltı nöqtəsini göstərib. Qərara kəskin etiraz edən və yerinə keçməkdən imtina edən Ederson ikinci sarı vərəqə ilə meydandan qovulub.

Böyük əsəblə meydanı tərk edən qapıçı kənardakı VAR monitoruna sert zərbə endirdikdən sonra birbaşa soyunma otağına yollanıb.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
38
icma.az

1Источники