Çadın şərqində baş verən icmalararası toqquşma nəticəsində azı 42 nəfər həyatını itirib.
Teleqraf "Agence France-Presse"ə istinadən xəbər verir ki, hadisə Vadi-Fira bölgəsində qeydə alınıb.
Məlumata görə, münaqişə iki ailə arasında su quyusu ilə bağlı yaranan mübahisədən sonra başlayıb. Bölgə hökumətinin nümayəndəsi Brahim İssa Qalmaye bildirib ki, toqquşma nəticəsində ən azı 42 nəfər həlak olub.
Qeyd olunur ki, Çadın şərqində torpaq, mal-qara və su resurslarına çıxışla bağlı icmalararası qarşıdurmalar tez-tez baş verir. International Crisis Group-nun məlumatına görə, 2021–2024-cü illər ərzində bu cür münaqişələr nəticəsində 1000-dən çox insan həyatını itirib, təxminən 2000 nəfər yaralanıb.