RU

Araqçi İslamabadda: Tehran yeni şərtlərini masaya qoydu

İranın xarici işlər naziri Abbas Araqçi Pakistanın paytaxtı İslamabad şəhərinə səfər edib.

Musavat.com xəbər verir ki, səfərin məqsədi Tehranın müharibənin dayandırılması ilə bağlı yeni şərtlərini rəsmi kanallarla çatdırmaqdır. Bu barədə İranın Tasnim və ISNA agentlikləri məlumat yayıb.

Məlumata görə, Araqçi Pakistana Oman səfərindən sonra gəlib. İran tərəfinin hazırladığı yeni təklifin mövcudluğu barədə daha əvvəl ABŞ prezidenti Donald Tramp da açıqlama vermişdi.

Pakistanın Dawn nəşri yazır ki, Araqçinin növbəti dayanacağı Moskva olacaq. Orada o, regional gərginlik və davam edən müharibə ilə bağlı danışıqlar aparacaq.

Diplomatik mənbələr bildirir ki, Tehran yeni şərtlərlə həm hərbi eskalasiyanın qarşısını almağa, həm də beynəlxalq təzyiqləri balanslaşdırmağa çalışır.

Musavat.com

Избранный
41
7
musavat.com

7Источники