RU

Mali hökuməti müdafiə nazirinin öldürüldüyünü təsdiqləyib

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 27 aprel, AZƏRTAC

Malinin müdafiə naziri Sadio Kamara öldürülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə dövlət televiziyasında hökumət sözçüsü İssa Usman Kulibali məlumat verib.

Onun sözlərinə görə, Kamara aprelin 25-də yaraqlıların hücumu nəticəsində həlak olub. Hücumçular nazirin yaşadığı evə basqın ediblər.

Aprelin 26-da “Jeune Afrique” jurnalı da nazirin ölümü barədə məlumat yayıb. Bildirilir ki, paytaxt Bamakonun ətrafındakı Kati hərbi bazasında, müdafiə nazirinin iqamətgahı yaxınlığında partlayıcı maddələrlə yüklənmiş yük maşını partladılıb. Hadisə nəticəsində nazirin həyat yoldaşı və iki nəvəsi də həlak olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
54
4
azertag.az

5Источники