RU

"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib

BAKI, 27 aprel. TELEQRAF

ABŞ və İran arasında danışıqların baş tutmaması fonunda "Brent" markalı neftin qiyməti artaraq 101 dollara çatıb.

Teleqraf xəbər verir ki, ticarət məlumatlarına görə, iyul fyuçersləri üzrə Brent neftinin qiyməti əvvəlki bağlanışla müqayisədə 2,3% artaraq 101,41 dollar təşkil edib.

Məlumata görə, qiymət artımı ABŞ və İran arasında Pakistanda keçirilməsi planlaşdırılan danışıqların ikinci mərhələsinin baş tutmaması ilə əlaqələndirilir.

Избранный
57
teleqraf.com

1Источники