RU

“Washington Post”: Ağ Evdəki qəbulda təhlükəsizlik tam təmin olunmayıb

BAKI, 27 aprel. TELEQRAF

ABŞ-də baş verən atışma ilə yadda qalan Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda təhlükəsizlik tədbirləri tam səviyyədə təmin edilməyib.

Teleqraf "The Washington Post"a istinadən xəbər verir ki, Vaşinqtondakı “Washington Hilton” otelində keçirilən tədbirə federal resursların tam səfərbər olunmasına imkan verən xüsusi status verilməyib.

Məlumata görə, adətən prezident və yüksək vəzifəli rəsmilərin iştirak etdiyi tədbirlər yüksək təhlükəsizlik kateqoriyasına daxil edilir. Lakin bu qəbulda təhlükəsizlik səviyyəsi digər analoji tədbirlərlə müqayisədə daha aşağı olub.

Bildirilir ki, tədbirdə ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp ilə yanaşı, vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent, müdafiə naziri Pit Hegset, Federal Təhqiqatlar Bürosunun direktoru Keş Patel və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

Nəşrin məlumatına görə, təhlükəsizlik səviyyəsinin aşağı olması ölkəni “qeyri-adi dərəcədə həssas vəziyyətə” salıb.

Избранный
43
teleqraf.com

1Источники