RU

İranın xarici işlər naziri Sankt Peterburqa gəlib

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 27 aprel, AZƏRTAC

İranın xarici işlər naziri Abbas Əraqçi Rusiyaya səfər edib və onun Prezident Vladimir Putin tərəfindən qəbul ediləcəyi gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə IRNA xəbər agentliyi məlumat yayıb.

Agentliyin bildirdiyinə görə, Abbas Əraqçi aprelin 27-də səhər saatlarında Sankt-Peterburqa gəlib.

Bundan əvvəl məlumat verilmişdi ki, iranlı diplomat səfər çərçivəsində Yaxın Şərqdəki münaqişənin nizamlanması məsələlərini müzakirə etməyi planlaşdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
28
7
azertag.az

5Источники