RU

Bu ximətdən çoxları istifadə edir, amma riskini bilmir 14 ilədək həbsi var

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Son dövrlərdə çatdırılma xidmətləri gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Əvvəllər əsasən yemək və müxtəlif məhsulların sifarişi üçün istifadə olunan bu xidmətlər artıq daha geniş funksionallıq qazanaraq şəxsi əşyaların bir ünvandan digərinə operativ şəkildə çatdırılması üçün də geniş tətbiq olunur. Vaxt itkisinin qarşısını almaq, nəqliyyat çətinliklərini aradan qaldırmaq və rahatlıq əldə etmək baxımından bu xidmətlər vətəndaşlar üçün cəlbedici görünür.Lakin xidmətlərin əhatə dairəsinin genişlənməsi ilə paralel olaraq müəyyən risklər də ortaya çıxır. Xüsusilə fərdi kuryerlər və ya platforma üzərindən fəaliyyət göstərən sürücülərlə bağlı etibarlılıq məsələsi son zamanlar daha çox müzakirə olunur. Bəzi hallarda müştərilərin kuryerə etibar edərək göndərdiyi şəxsi əşyaların ünvanına çatdırılmaması, gecikdirilməsi və ya ümumiyyətlə mənimsənilməsi ilə bağlı iddialar narahatlıq doğurur. Bu kimi hallar təkcə maddi zərərlə nəticələnmir, eyni zamanda xidmətə olan ümumi etimadı da sarsıdır.Bununla bağlı hüquqşünas Rəhim Xoyski Demokrat.az-a bildirib ki, sürücüyə çatdırılma üçün etibar edilmiş əşyanın onun tərəfindən mənimsənilməsi birbaşa cinayət tərkibi yaradır:“Cinayət Məcəlləsinə əsasən, təqsirkara etibar edilmiş özgə əmlakını talama (mənimsəmə) cinayət sayılır. Vurulan ziyanın miqdarından və törədilmə şəraitindən asılı olaraq, şəxs cərimə, ictimai işlər, azadlığın məhdudlaşdırılması və ya 2 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər. Müştəri qarşısında maddi ziyanın ödənilməsi öhdəliyi əksər hallarda çatdırılmanı təşkil edən platformanın üzərinə düşür. Mülki Məcəlləyə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı vurduğu zərərin əvəzini ödəməlidir. Qanunvericilik "işçi" dedikdə yalnız əmək müqaviləsi ilə işləyənləri deyil, həm də mülki hüquq müqaviləsi (məsələn, xidmət müqaviləsi) üzrə iş görən fiziki şəxsləri də nəzərdə tutur (əgər onlar şirkətin tapşırığı və nəzarəti altında hərəkət edirlərsə). Bu o deməkdir ki, kuryer "fərdi sahibkar" olsa belə, platforma onun vurduğu zərərə görə müştəri qarşısında məsuliyyət daşıya bilər. Daşıyıcı yükü (əşyanı) qəbul etdiyi andan təslim edənədək onun qorunub saxlanılması və itməməsi üçün məsuliyyət daşıyır. Əşya mənimsənildikdə, daşıyıcı (və ya vasitəçi platforma) müştəriyə dəymiş zərəri kompensasiya etməlidir”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
31
37
demokrat.az

10Источники